...

AZƏRBAYCAN-YUNANISTAN BİZNES-FORUMUNA HAZIRLIQ GEDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2005 17:27 (UTC +04:00)

Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyi Yunanıstanın Turizm Nazirliyinə turizm sahəsində əməkdaşlığın inkişafı üzrə bir sıra təkliflər göndərib. Nazirlikdən Trend ə verilən məlumata görə, həmin təkliflər turizm üzrə keçiriləcək biznes-forumun gedişində nəzərdən keçiriləcək.

Biznes-forumun cari ilin payızında Afinada keçirilməsi nəzərdə tutulub. Bu barədə razılaşma bu yaxınlarda Yunanıstanın turizm nazirinin Azərbaycana səfəri gedişində əldə olunub.

Danışıqlar zamanı yunan tərəfi turizm sahəsində əməkdaşlığı həm dövlət, həm də özəl sektorda inkişafı, eləcə də turizm üzrə birgə sərgilərin, biznes-forumların, turizm şirkətlərinin yaradılması və s. barədə niyyətini ifadə edib.

Azərbaycan tərəfi ölkədə yunan şirkətlərinin səmərəli fəaliyyət göstərməsi üçün bütün şəratin yaradılmasına hazır olduğunu bildirib. Nazirlik həmçinin, ekoloji turizm sahəsində birgə şirkətin yaradılması barədə təkliflə çıxış edib.

Xəbər lenti

Xəbər lenti