"Bakı Metropoliteni" İB 220 ton R-50 relslərinin alınması üzrə tender elan edib. Bu barədə Trend ə İB-də məlumat verilib. Relslər DÜİST 7174; TŞ 24182-80 (I dərəcə, I qrup), DÜİST 51685-2000-k-78 QAF-25-2/1 TŞ 0921-164-01124328-2003 standartlarına uyğun olmalıdır.
Maraqlı şirkətlər İB-yə müraciət edə bilər. Tenderdə iştirak etmək üçün iddiaçılar 550000 manat ($119) ödəməlidirlər. Potensial iştirakçılar sənədlərini 2005-ci il sentyabrın 15-dən, tender təkliflərini isə sentyabrın 26-dan gec olmayaraq İB-yə təqdim etməlidirlər.
Bu təkliflərə qiymət meyarı, çatdırılma müddəti, analoji əməliyyatlarda şirkətlərin təcrübəsi əsas götürülərək baxılacaq.
Təkliflər paketi sentyabrın 27-də "Bakı metropoliteni" İB-də açılacaq.