...

2006-CI İLDƏ AZƏRBAYCANDA İXRAC 7,1 MİLYARD DOLLAR HƏCMİNDƏ PROQNOZLAŞDIRILIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2005 15:05 (UTC +04:00)

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi (İİN) 2006-cı il üzrə makroiqtisadi proqnozları Maliyyə Nazirliyinə təqdim edib. Bu barədə Trend ə İİN-nin başçısı Fərhad Əliyev məlumat verib.

"Sentyabrın 15-dən işlənmih makroiqtisadi proqnozlar bir daha nəzərdən keçiriləcək və müvafiq hökumət orqanları ilə razılaşdırılacaq və Nazirlər Kabinetinə təqdim ediləcək ", - deyə o qeyd edib.

F.Əliyev bildirib ki, əsas makroiqtisadi göstəricilər ciddi artımldarı nəzərdə tutur. 2006-cı ildə ÜDM-un artımı 30%, əmək haqlarının 25% artacağı gözlənilir. Həmçinin ixrac-idxal əməliyyatlarının səviyyəsinin artacağı, eləcə də idxalın sabit qalacağı və ixracın ciddi şəkildə artacağı gözlənilir.

"Gələn il idxalın 4 milyard dollar, ixracın isə 7,1 milyard dollar təşkil edəcəyi gözlənilir. Enyi zamanda, dövlət gəlirinin artırılmasını nəzərdə tutan inforastruktur layihələrinə investisiyaların qoyulmasının həcmi də qənaətbəxş olacaq ", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti