...

BANK TURANALEM AZƏRBAYCAN BANKININ ALINMASINDA İŞTİRAK ETMƏK İSTƏYİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2005 14:02 (UTC +04:00)

Bank TuranAlem (BTA) artıq 2005-ci ildə ölkəmizdəki banklardan birinin alınmasında iştirak etmək istəyir Trend agentliyinin məlumatına görə, bu barədə bankın İdarə Şeyətinin sədr müavini Erkin Tatişev məlumat verib. Onun sözlərinə görə, bu proses Azərbaycanın Milli Bankının dəstəyindən asılı olacaq.

"Azərbaycan və AMB-nın rəhbərliyi ilə danışıqların gedişində onların ölkədə bank sisteminin inkişafı üçün xarici investisiyaların cəlb olunmasına yardım edəcəklərinə hazır olduqların bəyan etmişdilər. BTA yerli banklarla əlaqələri inkişaf etdirməyə və burada birgə bank açmağa hazırdır ", - deyə E.Tatişev bildirib.

BTA-nın 2010-cu ilə olan planları MDB-nin bütün ərazisini vahid törəmə bankların şəbəkəsi ilə əhatə etməkdən ibarətdir. Hazırda bank 7 törəmə banka malikdir, yaxın planlara görə onların Qırğızıstan, Özbəkistan və Qafqazda açılması nəzərdə tutulub.

"BTA Azərbaycan bankına o qədər də böyük olmayan paketlə kapital qoymaq və onun nəzarət paketinə çatdırmağa hazırdır. Biz portfelli investor olmaq istəyirik və özümüzə strateji investor kimi qiymətləndidirik ", - deyə E.Tatişev bəyan edib.

Qeyd edək ki, əvvəlcə BTA Azərbaycanda bank almaq planlarını elan edərkən onun inkişaf etmiş filial şəbəkələrinin mövcudluğunu və 5% səviyyəsində bazar payını şərt kimi irəli sürmüşdü.

"Nümayəndəlik və törəmə bank müxtəlif vəzifələri həll edəcək. Yerli bankın alınması üzrə sövdələşmə baş tutduqdan sonra BTA -nın Bakı nümayəndəliyi öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərəcək ", -deyə BTA-nın İdarə Heyətinin müavini Konstantin Kolpakov bildirib.

Hazırda BTA-nın aktivləri5,5 milyard dollara, ümumi kapital isə 600 milyon dollara bərabərdir. Onun Qazaxıstanda bazar payı 25%-dir. İlin sonuna kimi isə 30%-ə çata bilər. Onun aksionerləri AYİB, RZB, FMO, BFK-dır. Bank 1925-ci ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti