...

DÜNYA BANKININ "PENSİYA VƏ SOSİAL YARDIM LAYİHƏSİ" ÜZRƏ MƏSƏLƏHƏTÇİLƏRİ BAKIYA GƏLİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2005 16:40 (UTC +04:00)

Sentyabrın 15-də Dünya Bankının "Pensiya və sosial yardım layihəsi" (PSAP) üzrə məsləhətçiləri Bakıya gələcək. Trend in məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Səlim Müslümov avqustun 26-da keçirdiyi mətbuat konfransında məlumat verib.

"Layihə çərçivəsində Azərbaycanda yeni pensiya sisteminin formalaşdırılması üzrə konsaltinq xidmətlərinin göstərilməsinə başlanacaq. Hazırda 5 milyon dollarlıq kredit vəsaitləri hesabına 1300 ədəddən artıq proqram təminatlı kompyuter, avadanlıqlar alınıb ki, onların vasitəsilə sığorta vəsiqələri nəşr olunacaq və bu vəsiqələrin identifikasiyası üzrə xüsusi xətt yaradılacaq "- deyə o bildirib.

S.Müslümov bəyan edib ki, gələn il yanvarın 1-dən Azərbaycanda yeni pensiya sistemi tam tətbiq olunacaq və ölkə sosial yardımın ünvanlı sisteminə keçəcək.

O bildirib ki, layihə əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsinə müsbət təsir göstərəcək."Layihədə həmçinin UNDP də iştirak edir ki, onun xətti ilə sosial xidmət 23 pilot rayonu 178 komputerlə, daha 125 komputer fərdi uçot bölmələri təchiz olunacaq. Məlumat bazasına artıq 997 min nəfər qoşulub, ilin sonuna kimi 1,4-1,5 milyon nəfərin daxil olması nəzərdə tutulub.

Layihə çərçivəsində əməkdaşlar və ictimaiyyətin məlumatlandırılması üçün treninqlər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti