...

UNİBANK AZƏRBAYCANDA ƏN YAXŞI BANK ELAN OLUNUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2005 13:09 (UTC +04:00)
UNİBANK AZƏRBAYCANDA ƏN YAXŞI BANK ELAN OLUNUB

The Banker maliyyə jurnalı 2005-ci ilin yekunlarına görə Unibank-ı Azərbaycanda ən yaxşı bank elan edib. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalın məlumatında bildirilir.

Laureatlar jurnalın nümayəndələri tərəfindən kapital, aktiv və gəlirlərinin artması barədə suallara bankların cavabları əsasında seçilir. Bundan başqa, onlar texnologiyadan istifadənin bazarda irəliləyişə, struktur və strategiyanın isə inkişafa şərait yaratdığını nümayiş etdirməlidir.

Keçən il jurnal tərəfindən ən yaxşı bank iki il bu ada layiq görülən Britaniyanın HSBC bankı elan edilib.

MBD ölkələri arasında ən yaxşı banklar isə bunlardır:

Rusiya - Qazprombank, Ermənistan - Konversbank, Belorusiya - Priorbank, Gürcüstan - TBC, Qazaxıstan - TuranAlem, Qırğızıstan - Demir Kırqız İnterneşnl Bank, Moldaviya - Moldinkombank,

Türkmənistan - Türkmənvneşnkonombank, Özbəkistan - Asaka-bank, Ukrayna - Ukreksimbank.

Xəbər lenti

Xəbər lenti