...

NOMİNAL MÜBADİLƏ KURSUNUN DİNAMİKASI İNFLYASİYA PROSESLƏRİNİN AŞAĞI DÜŞMƏSİNƏ MÜSBƏT TƏSİR GÖSTƏRİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2005 13:13 (UTC +04:00)

Azərbaycanın Milli bankı hesab edir ki, yanvar-iyul aylarında 4,5 % möhkəmlənən (neft sektoru nəzərə alınmadan) nominal mübadilə kursunun dinamikası ölkədə inflyasiya proseslərinin aşağı düşməsinə müsbət təsir göstərib. Trend in məlumatına görə, MB-ın gəldiyi nəticələrə görə, ekonometrik metodlar manatın mübadilə kursunun 1 %- möhkəmlənməsi 5-6 ay ərzində istehlak qiymətlərinin 0,6-0,7% azalmasını nümayiş etdirir.

AMB-ın məlumatına görə, 2005-ci ilin iyulunda 2000-ci ilin dekabrına nisbətən ölkədə inflyasiyanın 23,5% (o cümlədən 23,5% qeyri-neft sektorunda) təşkil edib ki, bu da ölkənin əas ticarət partnyorları olan (İran, Türkiyə, Rusiya) ölkələr qrupunda 43,1% təşkil edir ki, bu ölkələrdə qeyri-neft sektorunda inflyasiya 72,1% təşkil edir. Bu zaman manatın nominal səmərəli kursu (MNSK) əsasa ticarət tərəfdaşlarının valyuta səbətinə nisbətən 8% azalıb (neyri-neft sektorunda 8,3% artıb), manatın real səmərəlilik kursu (MRSK) 10,6% (qeyri-neft sektorunda22,3%) aşağı düşüb.

2004 -cü ilin dekabrında bütün mad dövriyyəsi üzrə MNSK 10,7% (qeyri- neft sektorunda 8,1%), MRSK-da isə 11,2% (qeyri-neft sektorunda 8%) artıb. MNSK üzrə idxalın artımı 8,6% (qeyri-neft sektorunda 8,9%), MRSK -da 8,1% (qeyri-neft sektorunda 9,1%) təşkil edib. İxrac üzrə MNSK 12,6% (qeyri-neft sektorunda 6,4%), MRSK isə 13,8% (qeyri-neft sektorunda 5,1%) təşkil edib.

Xəbər lenti

Xəbər lenti