...

HESABLAMA PALATASI DÖVLƏT TİBB UNİVERSİTETİNDƏ YOXLAMA APARIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2005 13:30 (UTC +04:00)

Azərbaycanın Hesablama Palatası Azərbaycan Dövlət Tibb Universitetində yoxlama aparır. Bunda məqsəd bu sturuktur üçün dölət büdcəsində 2003-2004-cü illər və 2005-ci ilin birinci yarısı üçün "Təhsil üçün xərclər" hissəsində ayrılmış vəsaitlərdən istifadəsini araşdırmaqdır.

Hesablama Palatasından Trend ə verilən məlumata görə, bundan başqa sentyabrın 12-dən etibarən dövlət strukturu analoji məqsədlə Gəncə Texniki Universitetində də auditlər həyata keçirəcək.

Qeyd etmək lazımdır ki, HP artıq Azərbaycan müəllimlər institutunda və həmçinin onun regionlardakı filiallarında da auditlər aparıb.

Xəbər lenti

Xəbər lenti