...

BAKIDA SƏRGİ-YARMARKALARIN KEÇİRİLMƏSİNƏ BAŞLANILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2005 14:37 (UTC +04:00)

Sentyabrın 10-da Bakıda sərgi-yarmarkalar açılıb. Trend bildirir ki, metronun N.Nərimanov, "Gənclik" və M.Əzihbəyov adına stansiyaları rayonunda keçirilən yarmarkaların açılışında iqtisadi inkişaf naziri Fərhad Əliyev və rayon İcra hakimiyyəti nümayəndələri iştirak edib.

Yarmarkalar yerli istehsalçıya dəstək, alıcıları yerli istehsal potensialı ilə tanış etməyə yönəldilib. "Hər bir şüurlu vətəndaşa maraqlı olacaq ki, onun əməyi ilə istehsal edilmiş vasitələr sərhədi keçməsin, yerli istehsalçıya və bütünlükdə iqtisadiyyata fayda verərək respublikada qalsın.Amma bu, o demək deyil ki, istehçsalçı bundan istifadə edərək alıcıya keyfiyyətsiz və ya yuxarı qiymətlərlə mal təqdim etməlidir " -deyə nazir qeyd edib.

F.Əliyev həm də qeyd edib ki, sərgi-yarmarkaların keçirilməsim təcrübəsi gələcəkdə də davam etdiriləcək. "Biz ölkənin bir çox regionlarında bunların keçirilməsini planlaşdırırıq.Yaxın perspektivdə belə bir tədbirin Sumqayıtda keçirilməsini planlaşdırırıq" -deyə nazir bildirib.

Öncə bildirilmişdi ki, tədbirdə öz məhsullarını və mallarını ölkənin şəhər və rayonlarının əksəriyyətini təmsil edərək kənd təsərrüfatı malları, parça, tikinti materialları, televizor və kompyuter, xalçaçılıq, şərabçılıq və s. istehsal sahələrində ixtisaslaşmış 300 sahibkarlıq subyekti təqdim edib.Malların sərgi-yarmarkalarda satış qiyməti bazar göstəriciləri ilə müqayisədə aşağıdır.

Bakıda keçirilən sərgilər sentyabrın 11-dək davam edəcək.

Azərbaycan prezidentinin 2005-ci il 31 may tarixli "Azərbaycan Respublikasında anti inflyasiya tədbirlərinin gücləndirilməsi haqında" fərmanına əsasən, Bakı, Gəncə, Sumqayıt və ölkənin digər iri şəhərlərinin icra hakimiyyəti orqanları rəhbərlərinə sağlam rəqabət mühitinin formalaşdırılması məqsədilə müvafiq bələdiyyələrlə birgə şəhərin müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının və hərtərəfli tələbat mallarının səyyar satışı üzrə həftəlik yarmarkaların keçirilməsini təşkil etmək tapşırılıb.

Avqustun 27-də belə yarmarka Lənkəranda, sentyabrın 2-də isə Gəncədə keçirilib.

Xəbər lenti

Xəbər lenti