...

ÖLKƏDƏ TAXIL İSTEHSALI 2 MİLYON TONU ÖTÜB

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2005 18:54 (UTC +04:00)

Ölkənin kənd təsərrüfatı sahələrində taxıl biçini (qarğıdalı istisna olmaqla) başa çatıb. Sentyabrın 1-nə 766,9 min hektar dənli və dənli paxlalı bitkilərin sahəsi biçilib döyülüb və həmin sahələrdən ilkin çəkidə 1 milyon 963 min ton taxıl istehsal edilib. Kənd Təsərrüfatı Nazirliyindən Trend xəbər agentliyinə verilən məlumata görə, hər hektardan orta hesabla 25,6 sentner məhsul götürülüb.

Bundan başqa bu ayın əvvəlinədək sahələrdən 41,1 min ton qarğıdalı toplanıbdır ki, burada da hektarın orta məhsuldarlığı 38,4 sentnerə bərabər olubdur. Beləliklə, ölkə üzrə qarğıdalı da daxil olmaqla taxıl istehsalının həjmi 2 milyon 004 min tona çatıbdır. Bundan sonra daha 21 min hektar sahədən qarğıdalı toplanajaqdır.

Bununla belə ötən ilin müvafiq dövrü ilə müqayisədə taxıl istehsalı 18,2 min ton və ya 0,9% azalıbdır. İstehsalın aşağı düşməsinin əsas səbəbi isə 2004-jü ilə nisbətən payızlıq-yazlıq dənli və dənli paxlalıların əkin sahələrinin 11,9 min hektar azalmasıdır.

Xatırladaq ki, ötən il ölkənin kənd təsərrüfatı sahələrində 814,4 min hektar dənli və dənli paxlalı bitkilərin sahəsi biçilib döyülmüş və həmin sahələrdən ilkin çəkidə 2 milyon 157 min ton taxıl yığılmışdır. Azərbayjanın taxıla olan illik tələbatı isə təqribən 3,5 milyon tondur.

Xəbər lenti

Xəbər lenti