...

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK ÜÇÜN TAYVANA YOLA DÜŞÜB

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2005 21:02 (UTC +04:00)

Azərbaycan nümayəndə heyəti tərəvəz növlərinin perspektivləri üzrə təcrübə aparılmasına həsr olunmuş beynəlxalq tədbirdə iştirak etmək üçün Tayvana yola düşüb.Kənd təsərrüfatı nazirliyinin klmi-aqrar mərkəzində Trend ə bildirilib ki, tədbir sentyabrın 25-dən oktyabrın 8-dək öz işini davam etdirəcək.

Mərkəzdə qeyd olunub ki, Ümumdünya tərəvəzçilik Mərkəzinin təşkil etdiyi tədbirdə Tərəvəzçilik institutunun mütəxəssisləri iştirak edəcək.

"Azərbaycan Mərəkzin təşkil etdiyi seminarda ilk dəfədir iştirak edir və ölkənin iştirakı tədbirin təşkilatçısı tərəfindən maliyyələşdirilir" -deyə nazirlikdə bildirilib.

Bundan başqa, Daşkənddə kənd təsərrüfatı bitkilərinin istehsalının təkmilləşdirilməsinə həsr olunmuş tədris kurslarında Tərəvəzçilik İnstitutunun Tovuz Təcrübə stansiyasının əməkdaşı Arzu Abbasov iştirak edəcək.

Mərkəzdə həmçinin qeyd olunub ki, paxlalı bitkilərin tədqiqinə həsr olunmuş II beynəlxalq konfransda əkinçilik institutunun paxlalı bitkilər laboratoriyasının direktoru Lütfiyar Əmirov iştirak edəcək.Konfrans oktyabrın 18-dən 22-dək Dehlidə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti