...

SƏTTAR SƏFƏROV: İNVESTİSİYA FƏALİYYƏTİ BARƏDƏ YENİ QANUNUN QƏBULU BEYNƏLXALQ BİRLİYƏ FƏAL İNTEQRASİYA ÜÇÜN ADDIM OLACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2005 13:28 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının tövsiyyələri nəzərə alınmaqla "İnvestisiya fəaliyyəti barədə" qanun layihəsinin ilkin variantında bir sıra dəyişikliklər edilib. Bu barədə Trend ə Milli Məclisin iqtisadi siyasət daimi komisiyasının rəhbəri Səttar Səfərov məlumat verib. Onun sözlərinə görə, hazırda qanun layihəsi tam hazırdır və bir neçə dəfə müzakirə olunub.

"Sənədin layihəsinə bir sıra çox mühüm dəyişikliklər edilib. Bütün bu dəyişiklikləri nəzərə almaqla biz qanun laiyhəsinin yekun variantını hazırlamışıq və ölokə prezidentinin İcra Aparatına təqdim etmişik. Çünki Konstitusiyaya müvafiq olaraq qanun layihəsinə edilən bütün dəyişikliklər sənədin işlənib hazırlamanmasının təşəbbüskarları ilə razılaşdırılmalıdır. Hələlik İcra Aparatı edilən dəyişiklərlə bağlı öz fikir və iradlarını bildirməyib. Lakin biz yaxın günlərdə bu barədə rəy alacağımızı gözləyirik ", - deyə S.Səfərov bildirib.

Onun sözlərinə görə, dəyişikliklər qanun layüihəsinin bütün aspektlərinə, o cümlədən, investisiyaların cəlb edilməsi üsulları, cəlb olunmuş vəsaitin yerləşdirilməsi, investisiya fəaliyyətinin səmərəliliyinin artırılmasına və s. toxunub. "Yeni qanun layihəsində həm dövlət, həm də özəl nizamlama obyektlərinə məhdudiyyətlər aradan qaldırılıb. Hər şeydən əvvəl qanun dövlət investisiyalarını nizamlayacaq. Hərçənd ki, investisiya siyasəti təkcə dövlət investisiyasına deyil, həm də özəl investisiyaya aiddir. İnvestisiyaların stimullaşdırılması itlə böyük diqqət tələb edir ", - deyə deputat qeyd edib.

S.Səfərovun sözlərinə görə, hazırda investisiyaların həcminin artırılması üçün rəqabət mübarizəsi gedir. "Buna görə də elə şərait yaratmaq lazımdır ki, investisiyalar şəffaf və hər iki tərəf üçün - həm investorlar, həm də investisiyaları alanlar üçün sərfəli olsun ", - deyə S.Səfərov bildirib.

S.Səfərov həmçinin qeyd edib ki, investor öz gəlirini sərbəst dövr etməsi üçün zəmanət almalıdır. "İnvestor öz gəlirini problemsiz idarə etməlidir. Xarici investorların Azərbaycana gəlməsi və burada işləmələrindən ötrü onlar öz gəlirlərini idarə etmək üçün bütün səlahiyyətlərə malik olmalıdırlar. Bu təklif investorların özlərinə məxsusdur. Onlar öz vəsaitlərindən onu neft və ya qeyri neft sektoruna, Bakıda və ya regionlarda qoymaq barədə sərəncam olmadan istifadə etməlidirlər ", - deyə deputat bildirib.

MM-in daimi komissiyasının sədri bildirib ki, ölkənin sosial-iqtisadi vəziyyəti üçün investisiyalaşmanın səmərəliliyini nəzərə almaq təklif olunur. "Səmərəliyin nəzərə alınması həm dövlət, həm özəl, həm də xarici investisiyalar üçün zəruridir. Çünki kapital qoyma sadəcə olaraq özündə pul qoymaq prosesini ehtiva etməməlidir. Səmərəliliyin nəzərə alınması investorlar üçün də zəruridir ", - S.Səfərov qeyd edib.

Deputat onu da bildirib ki, bu qanun digər qanunverici aktlarla müqayisədə "Azərbaycanın beynəlxalq birliyə daha fəal inteqrasiyası üçün çox mühüm addımdır və investisiya fəallığı vasitəsilə iqtisadiyyata dinamizm verilməsinə xidmət edir, eləcə də özündə investisiya fəaliyyətinə ciddi stimul verilməsini əks etdirir".

Xəbər lenti

Xəbər lenti