...

MDB ölkələrinin aqrosənaye kompleksinin yaradılması ilə bağlı məsələlər müzakirə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2005 14:24 (UTC +04:00)

MDB ölkələrinin Aqrosənaye kompleksinin yaradılması ilə bağlı məsələlər Aqrosənaye kompleksi üzrə MDB ölkələrinin hökumətlərarası Şurasının növbəti XIIII iclasında müzakirə olunur. Kənd Təsərrüfatı Nazirliyindən Trend ə veritlən məlumata görə, oktyabrın 26-dan 28-nə kimi Krımda keçirilən iclasda Azərbaycan tərəfdən kənd təsərrüfatı naziri İsmət Abbasov iştirak edib.

İ.Abbasov Azərbaycanda aqrosənaye məhsullarının istehsalının inkişaf istiqamətləri ilə bağlı məruzə ilə çıxış edib. Tədbir çərçivəsində Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri MDB ölkələrindəki həmkarları ilə görüşlər keçirib və kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə edib.

MDB ölkələri kənd təsərrüfatı nazirlərinin və Birliyin İcraiyyə Komitəsinin üzvlərinin 2 günlük iclasının gedişində MDB-də Aqrosənaye Kompleksinin vəziyyəti ilə bağlı məsələlər, 2010-cu ilə qədər taxıl və şəkər bazarının yaradılması və fəaliyyət göstərməsi, 2010-cu ilədək olan dövrdə MDB ölkələrində kənd təsərrüfatı texnikası lizinqinin inkişafı müzakirə edilib.

Kənd Təsərrüfatı Nazirliyindən hökumətlərarası şuranın növbəti iclasının 2006-cı ilin oktyabrında Moskvada keçiriləcəyi bildirilib.

Xəbər lenti

Xəbər lenti