...

Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 15,8%-i həcmindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2005 20:38 (UTC +04:00)

Hazırda ölkədə adambaşına 192 dollar xarici borc düşür. Bu barədə Trend ə Maliyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, bu il oktyabrın əvvəlinə Azərbaycanın 1 milyard 612 milyon dollar xarici borcu var. Bu isə ilin əvvəlinə olan göstəricidən 24 milyon dollar çoxdur. Bu kreditlər əsasən, Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı, İslam İnkişaf Bankı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və bu kimi digər bir sıra beynəlxalq maliyyə qurumları və dövlətlərdən alınıb. Alınmış kreditlər ümumi daxili məhsulun 15,8%-i həcmindədir. Kreditlərin 407 milyon dolları ölkədə aparılan iqtisadi islahatların, 1 milyard 205 milyon dolları isə investisiya layihələrinin hayata keçirilməsinə cəlb edilib.

Xatırladaq ki, 2004-cü il yanvarın 1-nə Azərbaycanın xarici borcunun həcmi 1 milyard 555 milyon dollar olub.

Xəbər lenti

Xəbər lenti