...

2006-cı ildə Azərbaycanda Beynəlxalq Nəqliyyat Logistika Mərkəzinin yaradılması üzrə işlərə başlanılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2005 14:15 (UTC +04:00)

2006-cı ilə Azərbaycanda Beynəlxalq Nəqliyyat Logistika Mərkəzinin yaradılması üzlərə hazırlıq işlərinə başlanılacaq. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib.

Mərkəzin yaradılması üzrə layihə TRACECA proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdiriləcək. Layihənin reallaşdırılması müddəti 2 ildir.

"Bu mərkəzin yaradılması regionda yük axını daşınmalarını dəqiq nizamlamağa, bütün istiqamətlər üzrə daşınmaların idarə olunmasının təşkilini həyata keçirməyə imkan verəcək", - deyə Nazirlikdən bildirilib.

Nəqliyyat Nazirliyndə hesab edirlər ki, hər bir nəqliyyat növü üçün logistika və idarə yaradılmalıdır, nizamlama isə baş mərkəz tərəfindən həyata keçirilməlidir. "Bu nəqliyyat sektorunun inkişafı üçün məqsədəuyğundur".

Beynəlxalq Nəqliyyat Logistika Mərkəzinin Baş ofisi Bakıda, Avropa və Asiyanı əhatə etmək üçün filialları Kiyev və Almatıda yerləşəcək.

Xəbər lenti

Xəbər lenti