...

Azərbaycanın Nəqliyyat Nazirliyi paytaxtın yol infrastrukturuna dair təklifləri hökumətə təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2005 20:24 (UTC +04:00)

Azərbaycanın Nəqliyyat Nazirliyi Bakının bəzi küçə və prospektlərində yaranan tıxacların səbəb olduğu çətinliklərin aradan qaldırılmasına dair təkliflər hazırlayaraq ölkənin Nazirlər Kabinetinə təqdim edib. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Təkliflərdə yeni yolların salınması, körpülərin və nəqliyyat obyektlərinin inşası nəzərdə tutulur. Noyabrın 26-da şəhərin ümumi vəziyyəti ilə tanış olan prezident Nəqliyyat Nazirliyinə, Bakı şəhər İcra Hakimiyyətinə və digər idarələrə müvafiq tapşırıqlar verib.

Nəqliyyat vasitələrinin intensiv hərəkəti üçün maneələrin yarandığı bəzi küçə və prospektlərin genişləndirilməsinin zəruriliyi, həmçinin, körpülərin inşası, ikimərtəbəli və lazım gəldikdə, üçmərtəbəli yolların salınması qeyd olunub. Bundan başqa, küçə və prospektlərin genişləndirilməsi zamanı sahiblərinə kompensasiya ödəməklə bir sıra ev və obyektlərin sökülməsi ilə bağlı məsələyə baxılması təklif olunub.

Xəbər lenti

Xəbər lenti