...

Asiya İnkişaf bankı ilə Azərbaycan Respublika arasında su təchizatı və sanitar xidmətinin yaxşılandırılması layihəsi üzrə razılaşma imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2005 19:53 (UTC +04:00)

Bu gün Nazirlər Kabinetində Asiya İnkişaf Bankı ilə Azərbaycanın üç şəhərinin - Gəncə, Ağdaş və Naxçıvanın su təchizatının və sanitar xidmətinin yaxşılaşdırılması layihəsi üzrə kredit razılaşması imzalanıb. Trend in məlumatına görə, Azərbaycan tərəfdən razılaşmanı baş nazirin müavini Abid Şərifov, bank təərfdən isə AİB-nın Bakı nümayəndəliyiinin rəhbəri Metyu Vestfol (Matthew Westfall) imzalayıb. Bu günki tədbirdə həmçinin, "Azərsu" SC-nin sədri Oktay Əsədovun imzaladığı layihə də imzalanıb.

AİB-nın Direktorlar Şurasının bu layihənin reallaşması üçün imzaladığı layihənin dəyəri $30 milyondur. Layihənin ümumi dəyəri $ 39,9 mln təşkil edir ki, burada Azərbaycan hökumətinin payı $9,9 milyondur. Bankın təklifi ilə hər 3 şəhərdə səhmdar cəmiyyətləri yaradılmalıdır ki, onlar layihə çərçivəsində tikilən obyektlərin aktivlərinə sahib olmalı və onları idarə etməlidirlər. Ondar qərarların qəbulunda azad olmalı və Ağdaş, Göyçayda "Azərsu" və Naxçıvan şəhərində Tikinti və Memarlıq üzrə Dövlət Komitəsi qarşısında hesabat verməlidirlər.

Xəbər lenti

Xəbər lenti