...

AİB Azərbaycanın özəl sektoruna, ilkin məlumatlara əsasən, $20 mln. sərmayə qoyur

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2005 20:32 (UTC +04:00)

2006-cı ilin martında Asiya inkişaf bankı (AİB) direktorlar Şurasında Azərbaycanın özəl sektoruna dəstək layihəsinin təqdir edilməsini planlaşdırır. Bu barədə Trend ə AİB-in Bakı nümayəndəliyinin rəhbəri Metyu Vestfol bildirib. Yanvar ayı ərzində layihənin gerçəkləşdirilməsi istiqamətləri konkretləşdiriləcək. Bankın missiyası bu istiqamətdə artıq Azərbaycanda özəl sektorun təhlilini aparıb və hazırda bankda buna baxılır.

Bütövlükdə layihə kiçik və orta sahibkarlığın inikşafı və ticarət maliyyələşdirməsi, bankların səşmdar kapitalı və lizinq şirkətlərinə sərmayə qoyulması proqramları çərçivəsində Azərbaycan banklarına kredit xətlərinin açılmasını nəzərdə tutur. Ticari əməliyyatların maliyyələşdirilməsi çərçivəsində AİB Avropa yenidənqurma və inkişaf bankı (AYİB) ilə əməkdaşlığı nəzərdə tutur. Nümayəndəliyin rəşbəri qeyd edib ki, ticarət maliyyələşdirməsinə kredit xətləri Avropa bankı ilə işləyən bank tərəfindən açılacaq, yəni AİB onların başladığı layihələri davam etdirəcək.

İlkin məlumatlara əsasən, özəl sektor üçün nəzərdə tutulmuş ümumi büdcə $20 mln. təşkil edir. M.Vestfol hesab edir ki, özəl sektorda olan layihələrlə işləmək çox asandır.Bununla bağlı olaraq o, bu sektora böyük investisiyaların qoyulacağını istisna etmir.

Xəbər lenti

Xəbər lenti