...

Beynəlxalq kart emitentlərinin sayı artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2005 16:42 (UTC +04:00)

Azərbaycanın daha iki bankı - Atrabank və İşbankası Iisa beynəlxalq ödəmə sistemi direktorlar Şurasının qərarı ilə onun təmsilçi üzvü olub. Bu barədə Trend ə "Azərikard"ın prossesinq mərkəzində bildirilib. Əvvəllər ildə iki dəfə həyata keçirilməsinə baxmayaraq yeni banklar ödəmə sistemini hər iki həftədən bir nəzərdən keçirəcək.

Mikromaliyələşdirmə bankına da Iisa-nın bu iclasında baxılmalıdır, amma bank vaxtında bütün sənədləri toplaya bilməyib.Bu bankla yanaşı beynəlxalq kart emitentləri olan yeni banklar United Credit Bank, Zaminbank, Parabank,Günaybank,Turanbank da ola bilər. Bunlardan sonuncusu digər ödəmə sistemi olan MasterCard-a üzv kimi daxil olmağa hazırlaşır.

İndiyədək bankın ödəmə sisteminin təmsilçi üzvləri olan sponsoru Azərbaycan Beynəlxalq bankı (ABB) olub. İl ərzində ABB 11 təmsilçi üzvə sponsorluq edib.Respublikada beynəlxalq kart emitentlərinin sayı 17-yə çatır. Kapitalbank və Azərdəmiryolbank-ın bu ödəmə sisteminin tamhüquqlu üzvü olmasına baxmayaraq bunlar da müvafiq olaraq sponsorluq etmək hüququna malikdir. Iisa-nın şərtlərinə əsasən, belə bir hüquq il ərzində əsas bankların imkanları qiymətləndirildikdən və sistemə üzvlükdən sonra təqdim edilir. Azərdəmiryolbank çoxdan bəridir ki, sponsorluq hüququna malikdir və yəqin ki, "Miilikart"ın prossesinq mərkəzi vasitəsilə işləyən banklar onun cavabdehliyinə daxil olacaq.

Xəbər lenti

Xəbər lenti