Hacıqabul-Kürdəmir avtotrassında aparılan tikinti işləri ilə əlaqədar olaraq yaxın günlərdə büradav hərəkət müvəqqəti olaraq dayandırılacaq. Bu barədə Nəqliyyat Nazirliyinin Yolnəqliyyatservis Departamentindən Trend ə məlumat verilib. Mərkəzi Aran regionuna getmək üçün Bakı-Şamaxı alternativ yolundan istifadə olunacaq.
Avtotrassda işləri Azərbaycanın Nəqliyyat Nazirliyinin Hacıqabul-Kürdəmir avtotrassının tikintisi və rekonstruksiyası layihəsi üzrə podratçısı olan İtaliyanın Tadenni şirkəti həyata keçirəcək.
Dəyəri $41 mln olan layihə Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına həyata keçirilir.
Hacıqabul-Kürdəmir avtotrassı TRACECA nəqliyyat dəhlizinin avtomobil yolunun hissəsidir və yolların rekonstruksiyasının madiyyələşdirilməsini AYİB Mərkəzi Asiya dövlətlərinin inkişafının şərti hesab edir.