...

Mikromaliyyə təşkilatları əmanətləri qəbul etməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2005 15:09 (UTC +04:00)

Azərbaycanın Milli bankı (AMB) "Mikromaliyyə təşkilatları haqqında" qanun layihəsinin işləni-hazırlanmasını başa çatdırıb. Bu barədə Trend ə AMB-də bildirilib. Layihə Asiya inkişaf bankının (AİB) təşəbbüsü və dəstəyi ilə işlənib-hazırlanıb. Sənədin layihəsinə əsasən, mikromaliyyələşdirmə təşkilatlarının xüsusi vəsaitləri hesabına kreditləşdirən və zəmanətli əmanətlər əsasında kredit verən olmaqla iki növü ayrılacaq.İlk halda, bu, qrant vəsaitləri hesabına kredit əməliyyatları ilə məşğul olan beynəlxalq humanitar təşkilatlara aiddir.

İkinci halda, bu, borcludan zəmanətli əmanətə kreditdən müəyyən məbləğdə girov olaraq qəbul edən mikromaliyyə təşkilatlarına aiddir.Bu, kredit ehtiyatlarının gələcəkdə qaytarılması üçün borcluya nə qədər vəsait qoya biləcəyini aydınlaşdırmağa imkan verəcək. Bu vəsaitlər kreditor tərəfindən istifadə edilə bilməz və kreditin ödənilməsi müddəti bitənədək hesabda saxlanılacaq.

Növündən asılı olaraq mikromaliyyə təşkilatları və bunların nizamnamə kapitalına minimal tələbi fərqlənəcək. Bu gün onlar üçün AMB-nin NK-nın formalaşdırılmasına normativləri mövcuddur, yalnız dövlət qeydiyyatı ilə beynəlxalq maliyyə təşkilatları şərti olaraq bunları $5min, yeni qanunvericiliklə isə rayonda $500 min olacaq.

Mikro kreditin müəyyən edilməsinin tətbiqi də yenilik olacaq. Qanun layihəsinə əsasən, bu, əhalinin adambaşına düşən ÜDM-nin 10 mislini ötməməlidir.

BMİ-nin onların əmanətlər cəlb etməsinə icazənin verilməsinə dair tövsiyələri sənəddə öz əksini tapmayıb. AMB nümayəndəsinin fikrincə, onların fəaliyyətinin müəyyən mərhələsində sabitlik müşahidə olunarsa, onda belə bir icazə qanunvericiliyə düzəlişlərin daxil edilməsi ilə verilə bilər.Amma hazırkı mərhələdə ölkənin bank sisteminin təşəkkülü mərhələsində buna yol vermək olmaz. Çünki əhalinin banklara etimadını yenidən itirmək olmaz.

Bu gün respublikada 16 mikromaliyyə təşkilatı və bir qeyri-bank kredit təşkilatı ("Aqrar-kredit"), 66 kredit təşkilatı və 44 bank vardır.

Xəbər lenti

Xəbər lenti