...

Azərbaycanın FATF standartlarına müvafiq növbəti qiymətləndirilməsi 2006-cı ildə keçirilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2005 16:54 (UTC +04:00)

"Çirkli" pulların yuyulması üzrə idarələrarası işçi qrup 2006-cı il yanvarın sonları, fevraloın əvvəllərində Avropa Şurası ekspert qrupu Moneyval-ın "Çirkli" pulların yuyulması üzrə keçiriləcək plenar iclasının proqramının layihəsini alıb, Bu barədə Trend ə Milli Bankın İdarə Heyətinin üzvü, işçi qrupun rəhbəri Rüfət Aslanlı məlumat verib.

Bu iclasda Azərbaycanın nümayəndə heyətinin iştirakı da planlaşdırılır. Proqrama görə, ölkələr "çirkli" pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi istiqamətində görülən işlər barədə məlumatlandırılacaqlar. O, Azərbaycanın ölkəmizin bu istiqamətdə əldə etdiyi irəliləyişlərdən danışacağını istisna etməyib.

Hazırda hökumətlərarası qrup 2006-cı ildə keçiriləcək qiymətləndirmənin ikinci raunduna hazırlıq işləri aparır. Çünki Moneyval-ın gələn il üçün qiymətləndirmə proqramı mövcuddur və Azərbaycanın bu ölkələrin siyahısına düşüb-düşməyəcəyi məlum deyil.

Bu aroada hökumət bütün zəruri tədbirləri, o cümlədən, qanun ratifikasiya olunmasına çalışır. Yeri gəlmişkən, Azərbaycan 2003-cü ilin sonlarında Moneyval-ın yeni göstərişləri üzrə qiymətləndirmədən keçən ilk ölkə olub.

Xəbər lenti

Xəbər lenti