...

Aqrolizinq ASC 2006-cı ildə kənd təsərrüfatı texnikasının alınması üzrə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2005 13:57 (UTC +04:00)

Aqrolizinq ASC 2006-cı ildə kənd təsərrüfatı texnikasının alınması üzrə tender elan edib. Müəssisədən Trend ə verilən məlumata görə, tender 3 lot - taxılyığan maşınların (30 ədəd), traktorların (40 ədəd) və traktorlara qoşulan kənd təsərrüfatı maşınlarının (110 ədəd) alınması üzrə elan edilib.

Tenderdə iştirakda maraqlı olan şirkətlər birinci lot üzrə $1500, ikinci lot üzrə $1000, üçüncü lot üzrə isə $500 vəsait köçürməlidir.

Tender təklifləri 2006-cı il fevralın 2-nə qədər qəbul edilir. Prosedurun özü isə fevralın 3-də Kənd Təsərrüfatı nazirliyində keçiriləcək.

Tenderin şərtlərinə əsasən, alınmış texnika müvafiq sazişin imzalandığı gündən etibarən 90 gün ərzində ASC-yə təqdim olunmalıdır.

Xəbər lenti

Xəbər lenti