...

AN-140-100 təyyarəsinin "qara qutu"sundakı yazıların şifrəsi Azərbaycanda açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2005 14:23 (UTC +04:00)

Dekabrın 23-də Bakı yaxınlığında qəzaya uğramış AN-140-100 təyyarəsinin "qara qutu"sunun şifrəsi Azeəbaycanda açıla bilər. Bu barədə Trend ə AZAL DK-dən məlumat verilib. Belə bir fikri AZAL DK-nin baş vermiş faciənin səbəblərini araşdıran komissiyanın üzvləri də dəstəkləyir.

"Hazırda DK yaradılmış xüsusi komissiya ilə Xarkov Dövlət Aviasiya Müəəsisəsinin nümayəndələri ilə müşavirə keçirir. Çox güman ki, qutunun şifrələrinin oxunması AZAL DK-nin şifrələrin açılması mərkəzində həyata keçiriləcək. Bizdə qara qutuların şifrələrinin açılması üçün texnika mövcuddur", - deyə DK-dən bildirilib.

Ç"Qara qutu"dakı məlumatların şifrələrinin açılması müddətinə gəldikdə, DK-nin nümayəndəsi bildirib ki, bu, məlumatın saxlanma həcmindən asılı olaraq 10 günə kimi vaxt apara bilər. Eyni zamanda, pilotlar və dispetçerlər arasında danışıqlar da araşdırılacaq.

Araşdırmalarda iştirak etmək üçün həmçinin, Bakıya AN-140-100 təyyarəsçinə sertifikat vermiş MDB-nin Beynəlxalq Aviasiya Komitəsinin nümayəndələrinin də gələcəyi gözlənilir.

AN-140-100 təyyarəsi AP-25 aviasiya qaydalarına və ətraf mühitin qorunması üzrə beynəlxalq qaydalara müvafiq olaraq işlənib hazırlanıb. Təyyarə AP-25 uçuş yararalılığı normaları üzrə sertifikatlaşdırılıb. AN-140 i AN-140-100 № ST 184-AN-140 tipli təyyarələrə sertifikat Dövlətlərarası Aviasyia Komitəsi tərəfindən 25 aprel 2000-ci il və № TL 0010 tipli sertifikat 25 aprel 2000-ci ildən Ukrayna Dövlət Administrasiyası tərəfindən təqdim olunub. AN-140 təyyarəsi Federal Aviasiya Administrasiyasının (FAA) tələblərinə müvafiqdir.

Xəbər lenti

Xəbər lenti