...

Bakı yaxınlığında qəzaya uğramış AH-140-100 təyyarəsi AZAL Sigorta-da sığortalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2005 13:00 (UTC +04:00)

Dekabrın 23-də Bakı yaxınlığında qəzaya uğrayan AH-140-100 təyyarəsi AZAL Sigorta şirkəti tərəfindən sığortalanıb. Bu barədə Trend ə AZAL Dövlət Konsernindən məlumat verilib. "Hazırda baş verənləri araşdırmaq üçün AZAL tərəfindən yaradılan komissiya təhqiqatlar aparır. Araşdırmalar başa çatdıqdan və faciənin səbəbləri müəyyən edildikdən sonra sığorta ödənmələrinin alınması üçün zəruri olan sənədlər hazırlanacaq. Biz sığorta pulunu alacağımıza əminik", - deyə DK-dən bildirilib.

DK-nin nümayəndəsi bildirib ki, sığorta vəsaitinin alınmasından sonra onun investisiya sahəsi müəyyən edəcək. Təyyarənin dəyəri $9,1 mln təşkil edir. Təyyarə AZAL DK və Xarkov Aviasiya müəssisəsi arasında 2004-cü il iyulun 8-də imzalanan müqaviləyə görə alınıb.

An-140-100 maksimal uçuş kütləsi 21,5 ton, kommersiya yüklərinin maksimal yüklənməsi 6 ton, doldurulan yanacağın maksimal kütləsi 4,44 ton, kreyser sürəti saatda 450 km-dir. Lakin bu sürəti saatda 537 km-ə də çatdırmaq olar. Təyyarənin göyərtəsində 52 sərnişin qəbul edə bilər.

Xəbər lenti

Xəbər lenti