...

AtaBank Internet Banking xidmətləri göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2005 17:01 (UTC +04:00)

AtaBank Açıq Səhmdar Cəmiyyəti Internet Banking xidmətləri göstərəcək. Trend in məlumatına görə, bu barədə dekabrın 29-da AtaBank ASC-nin İdarə Heyətinin sədriin müavini Elçin Qədimov bildirib.

Onun sözlərinə görə, bank müştərilərə təqdim etdiyi müasir texnologiyalar üzrə məhsullar sayəsində yeni proqram əldə edib. "Internet Banking üzrə proqramların 2006-cı ildə həyata keçiriləcək", - deyə E.Qədimov bildirib.

İnternet-Banking - müştərilərə öz bank hesablarının İnternet vasitəsilə idarə etməyə imkan verən xidmətdir ki, onun vasitəsilə ən qısa müddətdə öz bank hesabları barədə məlumat əldə etmək mümkündür. Müştərilər və banklar arasında bütün sənədlərin müböadiləsi elektron şəkildə həyata keçiriləcək.

1993-cü ildə yaradılan AtaBank-ın hazırda filial şəbəkələrinin sayı 10-a çatıb.

Xəbər lenti

Xəbər lenti