...

Aqrolizinq kənd təsərrüfatı texnikasını Azərbaycanın regionlarında bölüşdürür

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2005 19:48 (UTC +04:00)

Aqrolizinq kənd təsərrüfatı texnikasını Azərbaycanın regionlarında bölüşdürür. Dövlət strukturundan Trend ə verilən məlumata görə, hazırda Ağcabədi, Şəki və Beyləqan fermerləri yeni texnikadan istifadə edir.

Texnika onun ümumi dəyərinin 10%-ni ödəmiş fermerlərə regional bazalar vasitəsilə verilir. Məbləğin qalan hissəsi isə 5 il ərzində hər rüb ödəniləcək.

2005-ci ilin iyun-iyul aylarında ASC tərəfindən 2 tender elan edilib və bu tenderlərdə dövlət büdcəsinin vəsaiti hesabına 1 000-dən artıq kənd təsərrüfatı texnikası alınıb.

Aqrolizinq ASC artıq 2006-cı il üçün kənd təsərrüfatı texnikasının alınması üzrə tender elan edib. Tender 3 lot - taxılyığan kombaynların (30 ədəd), traktorların (40 ədəd) və traktorlara qoşulan kənd təsərrüfatı maşınlarının (110 ədəd) alışı üzrə elan edilib.

Tender təklifləri 2006-cı il fevralın 2-nə kimi qəbul edilir. Prosedurun özü isə fevralın 3-də Kənd Təsərrüfatı nazirliyində keçiriləcək.

Tenderin şərtlərinə görə, texnika ASC-yə sazişin imzalandığı andan 90 gün sonra təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti