...

London-Sinqapur marşrutu ilə SİA 319 reysini həyata keçirən təyyarə Bakıda məcburi yerə enib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2006 13:29 (UTC +04:00)

Yanvarın 10-da "Sinqapur hava yolları"na məxsus London-Sinqapur marşrutu ilə SİA 319 reysini həyata keçirən "Boinq 747-400" təyyarə Türkmənistanın hava məkanından Heydər Əliyev adına Bakı beynəlxalq hava limanının dispetçer idarəsinə məcburi enmə xahişi ilə müraciət edib. Bu barədə Trend ə AZAL DK-dan məlumat verilib.

AZAL-dan bildirilib ki, məcburi enməyə səbəb Sinqapur vətəndaşı 1976-cı il təvəllüdlü Liu Kiaciaya təcili tibbi yardımın göstərilməsi zərurəti olub.

Təyyarə saat 04:57-də Bakının hava məkanına daxil olub və saat 05:22-də beynəlxalq hava limanında yerə enib. L.Kiaciya uşaqlıq daxili qanaxma diaqnozu ilə SOS International tibb mərkəzinə yerləşdirilib. SIA 319 reysini həyata keçirən təyyarə lazımi xidmətlər göstərildikdən və əlavə yanacaqla təmin edildikdən sonra saat 09:13-də limanı tərk edərək Banqkoq istiqamətində uçuşu davam etdirib.

Xəbər lenti

Xəbər lenti