Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) tərəfindən Azərbaycanda maliyyələşdirilən realizə olunan layihələrin monitorinqinin keçirilməsi üçün gələn həftə bankın nümayəndə heyəti Bakıya səfərə gələcək. Bu barədə Trend ə hökumətdən məlumat verilib. Əməkdaşlığa başlanılan andan bank Azərbaycanda layihələrin reallaşdırılmasına $500 mln ("Azərkimya"da EP-300-ün, "Şimal" DRES-in birinci və ikinci fazalarının tikintisi üçün) vəsait ayırıb.
Səfər çərçivəsində insan ehtiyatlarının artırılması məsələsi nəzərdən keçiriləcək. JBIC bankı Azərbaycanda kənd təsərrüfatı üzrə texniki-peşə məktəblərinin yaradılmasına yardım etməyə və bu məqşsədlə layihə hazırlamağa hazırdır. Layihənin ilkin variantı bankirlərin qarşıdakı səfəri zamanı nəzərdən keçirilməsi planlaşdırılıb.
Səfərin məqsədlərindən biri də "Azərsu" SC-nə mütəxəssislərin hazırlanması və cihazlarla təchiz olunmaqda yardımdan ibarətdir.
Səfərin gedişində Nazirlər Kabinetində, "Azəriqaz", "Azərenerji" SC-də, Sənaye, Yanacaq və Energetika, İqtisadi İnkişaf Nazirliklərində görüşlərin keçirilməsi nəzərdə tutulub.