...

"Azərkredit" bankının fəaliyyətinin ilk ili kredit portfeli $3-3,5 mln. təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2006 17:56 (UTC +04:00)

"Azərkredit" səhmdar bankı bir ay ərzində müştəri bazasının formalaşdırılmasına başlayacaq. Trend bankın idarə heyətinin sədri Zahir Əliyevə istinadən bildirir ki, ilk mərhələdə bank fəaliyyətini həm xüsusi, həm də fiziki və hüquqi həxslərdən cəlb edilmiş vəsaitlər hesabına həyata keçirmək niyyətindədir. Gələcək planlara beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, MDB-də tərəfdaşlar tapılması daxildir.

Ban rəhbəri qeyd edib ki, bank lisenziya alınmasının gecikdirilməsi ilə bağlı olaraq "Azərkredit"in biznes-planına düzəliş edilib. Kredit portfeli ilkin olaraq 2004-cü ildə fəaliyyətə başlaması nəzərə alınmaqla planlaşdırılıb. Ümumi $3-3,5 mln. səviyyyəsində kreditlərin verilməsi planlaşdırılb.

Üç-dörd ay ərzində SWIFT Beynəlxalq ödəmə sisteminə qoşulmaq planlaşdırılıb. Müvafiq olaraq "Azərkredit" iri ödəmələr üzrə milli ödəmə sisteminə (AZIPS) və kiçik ödəmə sistemlərinə (HONKS) qoşulacaq. Bankın proqnozlarına əsasən, beynəlxalq ödəmələrin həcmi $200 mln., kiçik ödəmələr üzrə isə 200 mln. köhnə manat həcmini ötəcək.

Xəbər lenti

Xəbər lenti