...

Sabahdan etibarən Xəzər Dəniz Gəmiçilik İdarəsi Bakıdan Həştərxana yük avtomobillərinin daşınmasına başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2006 16:34 (UTC +04:00)

Yanvarın 28-dən Azərbaycan Xəzər Dəniz Gəmiçilik İdarəsi yük avtomobillərinin daşınması üçün Bakı-Həştərxan dəniz reysini açmaq niyyətindədir. Bu reysin açılması hava şəraiti ilə əlaqədar Azərbaycanın şimal istiqamətində avtomobil yollarında nəqliyyatın hərəkətindəki çətinliklərlə izah olunur.

Avtomobillər "Bəstəkar Qara Qarayev" (Ro-Ro tipli) gəmisi ilə nəql olunacaq. Bu gəminin göyərtəsində 60 ədəd "KamAZ" və ya 40 ədəd qoşqulu ağır yük avtomobilləri daşına bilər.

XDGİ-də bildirildiyi kimi, ehtiyac duyulduqda bu, daimi marşrut ola bilər. Hərəkət müddəti təxminən iki sutkadır. Bütün gömrük və sərhəd prosedurları Bakı beynəlxalq dəniz limanında və gəminin olduğu yerə nəzərən aparılacaq.

Xəbər lenti

Xəbər lenti