...

Azərbaycanın gömrük orqanları dünya standartlarına uyğundur

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2006 17:02 (UTC +04:00)

Azərbaycan gömrüyü bir sıra ölkələrin gömrük orqanları ilə müqayisədə dünya standartlarına daha çox uyğundur. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Ümumdünya Gömrük Təşkilatının baş katibi Mişel Dane məlumat verib.

Onun sözlərinə görə, eyni zamanda Azərbaycan gömrüyünün bütün dünya standartlarına uyğun olması üçün illər tələb olunacaq.

"Azərbaycanda gömrüyün inkişafı müxtəlif beynəlxalq təşkilatların ölkənin gömrük orqanlarına marağının artmasına şərait yaradır", - deyə ÜGT nümayəndəsi vurğulayıb.

M.Dane hesab edir ki, burada bazarın liberallaşması, xüsusilə dünyanın müxtəlif ölkələri ilə ticarət əməliyyatlarının həyata keçirilməsi üçün bazarın açılması zərurəti böyük rol oynayır.

Onun sözlərinə görə, 2006-cı il dövlət büdcəsində müsbət saldo gözlənilir. "İndiyə kimi yeni birgə layihələrin həyata keçirilməsi üçün yığımlar 750 min avro təşkil edib. Həmçinin, təşkilatın ticarət dövriyyəsi də kifayət qədər müsbətdir və maliyyə daxilolmaları üzrə planın yüksək səviyyədə olacağı gözlənilir", - M.Dane qeyd edib.

Xəbər lenti

Xəbər lenti