...

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "PCH Offshore" şirkətini məhkəməyə verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2006 18:01 (UTC +04:00)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) "PCH Offshore" şirkətini qanunsuz olaraq bir qrup işçini işdən çıxartdığı üçün məhkəməyə verməyə hazırlaşır. Trend xəbər verir ki, bu barədə AHİK-nın sədri, millət vəkili Səttar Mehbalıyev bildirib.

S.Mehbalıyev qeyd edib ki, artıq sənədlər hazırlanıb. Lakin məhkəmə prosesi öncəsi adıçəkilən şirkət rəhbərliyi ilə danaşıqlar aparılır. Millət vəkili bildirib ki, bu şirkətin işçilərlə bağladığı əmək müqaviləlri qeyri-qanunidir: "Bir və yaxud da üç aylıq bağlanan müqavilələr sonradan işçilərlə aralarında narazılıq yaradır. Qanunda belə bir müddət göstərilməyib. Müqavilə uzunmüddətli bağlanmalıdır".

S.Mehpalıyev onu da bildirib ki, "PCH Offshore" şirkətindən xaric edilən işçilər arasında həmkarlar təşkilatının üzvləri də var: "Belə məlum olub ki, onlar şirkətdə həmkarlar təşkilatı yaratdıqlarına görə işdən uzaqlaşdırılıblar. İşdən çıxarılan həmin şəxslər bir növ təqib olunurlar. Məhkəmədə biz bu məqamın üzərində duracağıq".

AHİK sədri onu da əlavə edib ki, yeni üçtərəfli - dövlət-həmkarlar təşkilatı-işçi arasında müqavilələrin imzalanması ilə bağlı layihələr lazımi nazirliklərə təqdim edilib: "Bu sənəd üzərində işçi qrupu fəaliyyət göstərir. Ola bilsin ki, fevralın sonlarında martın əvvəllərində bu sənəd qəbul edilsin".

Neft-qaz sənayesi sənayesi fəhlələrinin həmkarlar İttifaqlarının Respublika Komitəsinin rəhbəri Cahangir Əliyevin Trend ə verdiyi məlumata görə, fevralın 7-də onun yaranmış vəziyyətlə bağlı BP rəhbərliyi ilə görüşü keçirilib və onlara təklifə cavab hazırlamaq üçün vaxt verilib. Eləcə də, BP PCH Offshore-lə əlaqə yaratması və vəziyyəti yoluna qoyması tapşırılıb. Məhkəməyə verilmək üçün müvafiq sənədlərin də hazırlanması prosesi ilə bağlı işlər paralel aparılır. "Məhkəməyə yalnız PCH Offshore şirkətinin fəhlələrin hüquqlarının pozulması ilə bağlı ona qarşı irəli sürülən faktlara cavab verməyəcəyi halda müraciət olunacaq", - deyə Cahangir Əliyev bildirib.

Qeyd edək ki, PCH Offshore iri neft layihələri üzrə BP-nin podratçısıdır.

Xəbər lenti

Xəbər lenti