...

2006-cı il üçün Azərbaycanın dövlət büdcəsinə yenidən baxılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2006 13:55 (UTC +04:00)

Neft məhsullarının ( o cümlədən, dizel yanacağının) topdansatış qiymətlərində dəyişikliklərlə əlaqədar Maliyə Nazirliyi 2006-cı il üçün büdcə proqnozlarının təshih edilməsini zəruri hesab edir. Maliyyə nazirinin müavini Azər Bayramovun Trend ə verdiyi məlumata görə, bu zaman mənfəət gəliri, aksizlər, ƏDV üzrə proqnozlara yenidən baxılması nəzərdə tutulur.

İlin əvvəlində Tarif Şurası dizel yanacağının, ağ neftin, aviasiya kerosinin və məişət soba yanağağının qiymətlərini artırıb. Qiymətlərin artması ilə bağlı 2006-cı ildə dövlət büdcəsinə 82 mln. AZN əlavə daxilolmalar gözlənilir. Aksizlər üzrə proqnozlar 129 mln. AZN məbləğində müəyyən edilib, lakin hesablamalar üzrə daha 21 mln. vəsaitin daxil olacağı gözlənilir. 385 mln. AZN ƏDV üzrə proqnozlara daha 30 mln. AZN əlavə olunacaq. 869,4 mln. AZN məbləğində proqnozlaşdırılan mənfəətə görə vergi 31 mln. AZN neft məhsullarının qiymətlərinin artımı ilə əlaqədar artacaq.

Bu, ümumi büdcə gəlirlərinə görə cəmisi 2,6% təşkil edir. Lakin belə zərurət idxal olunan Rusiya qazının qiymətinin artması ilə bağlı olaraq da meydana çıxıb. A.Bayramovun sözlərinə görə, ən aktual məsələlərdən biri məhz əlavə subsidiyalara yenidən baxılmasıdır. Ona görə ki, onlar "Azərenerji"yə $60 dollara başa gəlirdisə, bu gün Azərbaycan 1 min kubmetr üçün Rusiyaya $110 ödəyir. O, əlavə subsidiyaların həcminin büdcənin təshih ediləcəyi halda 2 trln manata (400 mln AZN) qədər artacağını da istisna etməyib. 2006-cı il dövlət büdcəsində bu məqsədlər üçün 1,677 trln manat (335,4 mln AZN) nəzərdə tutulub.

Büdcə proqnozlarına bu ilin ortalarında yenidən baxılması nəzərdə tutulub. 2006-cı ildə büdcə gəlirləri 3 406,315 mln AZN, xərcləri isə 3 594,315 mln AZN məbləğində proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti