...

Azərbaycanın broyler fabrikləri fəaliyyətini dayandırmaq niyyətində deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2006 16:01 (UTC +04:00)

Broyler fabriklərinin "quş qripi" epidemiyası ilə bağlı yaranmış probleminin birgə həlli üçün bu fabriklərin nümayəndələri artıq ikinci gündür ki, görüş keçirir. "Siyəzən-broyler" SC-nin meneceri Olqa Vasilenko Trend ə bildirib ki, qəbul edilmiş qərar əsasında iki gün ərzində hökumətə müraciət hazırlanacaq və burada broyler fabrikləri hazırkı şərtlərdə dəstək xahiş etmək istəyir. Epidemiya ilə bağlı yayılmış xəbərlər toyuq əti satışının həcminə çox güclü təsir edib və buna görə də broyler fabrikləri əhalini inandırmaq istəyir ki, fabrikin ərazisində toyuqların bu epidemiyaya yoluxması üçün demək olar imkan yoxdur. O.Vasilenko qeyd edib ki, yayılan ilk xəbərdən sonra toyuq satışı azalıb, sonra bir müddət vəziyyət sabitləşib, amma ikinci xəbərdən sonra yenidən azalma müşahidə olunur.

Satış həcmi ən azı iki dəfə enib, amma istehsal həcmini azaltmaq hələlik mümkün deyil. Çünki istehsal prosesinin həyata keçirilməsi artıq başlanıb. Amma gələcəkdə SC-nin meneceri istehsal həcminin də azaldılma ehtimalını istisna etmir. Amma buna baxmayaraq o, hesab edir ki, toyuqların epidemiyaya yoluxması ilə bağlı narahatlığa ehtiyac yoxdur.Onun sözlərinə görə, mühafizə üzrə bütün tədbirlər görülüb (vəhşi quşlar güllə ilə vurulur, müqəvvalar qoyulur və həmişə dezinfeksiya prosesi aparılır) və "Siyəzən-broyler" ərazisində nəzarət gücləndirilib. Təhlükəsizlik tədbirlərindən biri fabrikin işçiləri tərəfindən ev şəraitində yetişdirilən quşların məhv edilməsidir.

Satış həcminin azalması səbəbindən broyler fabrikləri kommunal xərcəlrinin azaldılması və vergi güzəştlərinin verilməsini məqsədəuyğun hesab edir. Bununla hökumət onları çətin şəraitdə dəstəkləyə bilər. Belə böyük xərclərlə toyuq ətinin qiyməti endirilmir. Amma broyler fabriklərinin nümayəndələri hesab edir ki, bu, baş verməli idi.

"Mərdəkan-broyler" SC-də satış üzrə direktor Aydın Vəliyev də Trend ə fabrikdə yaranmış problem barədə bildirib. Amma o, öz fəaliyyətinin dayandırılması barədə gəzən xəbərləri həqiqətə uyğun hesab etmir. "Satış həcminin azalması bütün istehsalı dayandırmağa əsas vermir" -deyə A.Vəliyev öz qənaətini bildirib.

Xəbər lenti

Xəbər lenti