...

Azərbaycanda inflyasiyanın artım tempi yanvarda 5,3% təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2006 16:34 (UTC +04:00)

2006-cı ilin yanvarında istehlak malları xidmət tariflərinə olan qiymət artımının tempi 2005-ci ilin dekabrı ilə müqayisədə 1,3% təşkil edib. Azərbaycanın Dövlət Statistika komitəsində Trend ə bildirilib ki, bu dövr ərzində ərzaq məhsullarının qiyməti 1,5%, qeyri/ ərzaq məhsullarının qiyməti isə 2% artıb. Xidmət tarifləri dekabr göstəricisi səviyyəsində qalıb.

Ötən ilin yanvarı ilə müqayisədə inflyasiyanın artım tempi 5,3% təşkil edib. Bununla ərzaq məhsullarının qiyməti 5,6%, qeyri/ ərzaq məhsullarının qiyməti - 4,7%, xidmət sahəsində tariflər isə 5% artıb.

Xəbər lenti

Xəbər lenti