...

RA Consulting Group pilot layihəsi üzrə tenderi bağlı elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2006 13:09 (UTC +04:00)

PA Consulting Group-un tərkibinə daxil olan PA Government Service Inc. şirkəti Azərbaycanda istilik təsərrüfatının problemlərinin həlli strategiyası üçün nəzərdə tutulan pilot laüyihə çərçivəsində tenderi bağlı elan edib. Bu barədə Trend ə şirkətdən icazə verilib.

Şirkət pilot layihənin yerinə yetirilməsi üçün ayrılan Sabunçu rayonundakı Z.Şərifzadə küçəsindəki 22 saylı evdə qazanxananın idarə olunması və tələbatçıların soyuq və isti su ilə təmin olunması üçün podratçını seçib. Şirkətdən onun fiziki şəxs olduğu bildirilib. Yaxın vaxtlarda pilot layihəyə daxil olan evin hər bir sakini ilə ayrıca müqavilə imzalanacaq. Bu zaman şərtlərə görə, ödəniş tələbatçılardan bank sistemi vasitəsilə toplanacq.

Layihənin məqsədi strateciyada ifadə olunan tövsiyyələrin həyata keçirilməsinin reallığını nümayiş etdirmək, eləcə də, səmərəli lokal istilik sisteminin yaradılması, elektrik enerjisindən məqsədəuyğun və qənaətli istifadə üzrə tədbirlərin reallaşdırılması, kommunal sektorda idarəetmənin yeni formalarının tətbiqindən və s. ibarətdir. Qazanxananın istismara verilməsi mərasimi ötən ilin dekabrında keçirilib.

PA Consulting şirkəti Azərbaycan hökumətinə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi "Azərbaycanın enerji sektoruna texniki yardımın göstərilməsi" layihəsi çərçivəsində İsitmə sisteminə dair strategiya təqdim edib.

Strategiya çərçivəsində isitmə sisteminin özəl sektora veriləcəyi də ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti