...

Milli bank Azərbaycan İpoteka Fondunun agent-banklarının siyahısını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2006 16:06 (UTC +04:00)
Milli bank Azərbaycan İpoteka Fondunun agent-banklarının siyahısını açıqlayıb

Milli bank Azərbaycan İpoteka Fondunun 15 agent-bankın siyahısını açıqlayıb. Trend in xəbər verdiyi kimi, bu siyahıya Azərbaycan Beynəlxalq Bankı, Azərdəmiryolbank, Azəriqazbank, Atabank, Bank of Baku, Bank Standard, Qafqaz İnkişaf Bankı, Bank Respublika, Yunibank, Kapitalbank, Bank Nikoil, Texnikabank, Turanbank və Xalqbank daxildir.

Bankların seçilməsində əsas kriteriyalar kimi onların aktivləri, kapitalı, xidmət sahəsi və s. götürülüb.

Azərbaycan İpoteka Fondunun sərəncamında 2005-2006-cı illərin dövlət büdcəsindən ayrılmış 130 mlrd manat vəsait var. Prezidentin fərmanına əsasən, bir borc götürənə ayrılan məbləğ təxminən 30 min yeni manat həddindədir.

2006-cı il ərzində təxminən 1000 ipoteka kreditinin ayrılması gözlənilir. Gələcəkdə ipoteka kreditinə böyük tələbatı nəzərə alaraq fondun işlərini qaydadaya saldıqdan sonra əlavə maliyyə mənbələrinin cəlb olunması nəzərdə tutulur. Fond haqqında əsasnaməyə görə, büdcə vəsaitlərindən başqa qrantlar və kreditlər də cəlb oluna bilər. Fondun həm də qiymətli kağızlar buraxmaq hüququ var və kreditlərdən əldə olunan faizlər də gələcəkdə maliyyələşdirmə məqsədilə istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti