...

Azərbaycanın Baytarlıq Xidməti "quş qripi" ilə mübarizə üzrə fövqəladə tədbirlər planını təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2006 16:42 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti fövqəladə tədbirlər planını hazırlayaraq onu ölkə prezidentinin sərəncamı ilə yaradılan və bu sahədə bütün strukturların birgə fəaliyyətini əlaqələndirmək məqsədilə yaradılan "quş qripi" virusunun qarşısının alınması üzrə dövlət komissiyasına təqdim edib. Bu barədə Trend ə Dövlət Xidmətindən məlumat verilib.

Dövlət strukturundan bildirilib ki, sənəd Nazirlər Kabinetinin mütəxəssislərinin iştirakı ilə müzakirə olunub və hazırlanıb.

"Bu işlər həyata keçirilərkən bir sıra ölkələrin, eləcə də Türkiyənin, Xorvatiyanın və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssislərinin təcrübəsindən istifadə edilib", -deyə dövlət strukturundan bildirilib.

Nazirlər Kabinetində saat 16.00-da bu işlə əlaqəsi olan bütün dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə iclas öz işinə başlayıb.

Xəbər lenti

Xəbər lenti