...

Hesablama Palatasının 2006-cı il üzrə İş Planı təsdiqlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2006 16:25 (UTC +04:00)

Azərbaycan Respublikası Hesablama Palatasının 2006-cı il üçün iş Planı təsdiq edilib. Bu haqda "Trendə" Palatadan məlumat verilib.

İş Planında Palatanın qanunvericiliklə müəyyən edilmiş funksiyalarının əhatə dairəsi əvvəlki illərə nisbətən xeyli genişləndirilib.

Bununla belə, İş Planının yerinə yetirilməsinin reallığı da nəzərə alınmışdır.Iş Planında "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dövlət büdcəsinin, Dövlət Sosial Müdafiə Fondunun, Neft Fondunun, Naxçıvan MR Dövlət büdcəsinin auditləri və bələdiyyələrin maliyyə-büdcə ekspertizası kimi vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Nəzarət tədbirlərinin əsas hissəsi Dövlət büdcəsinin icrasının əsasən bu istiqamətlərinə həsr olunub-Dövlət büdcəsi gəlirlərinin auditi- (əvvəlki illərdən fərqli olaraq cari ildə bu istiqamətdə fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur).

Nəzarət fəaliyyəti vergi gəlirləri üzrə: iri vergi ödəyicilərində vergilərin hesablanması və ödənilməsi mexanizminin qiymətləndirilməsi və büdcə strukturunda mühüm paya malik olan əsas vergi növləri üzrə daxilolmaların qiymətləndirilməsi; vergi gəlirləri - hüquqi şəxslərin verg

i ödəmələri, Əlavə dəyər vergisi və aksizlər, fiziki şəxslərin gəlir vergisi və sadələşdirilmiş vergilər kəsimində qiymətləndirilməsi kimi mövzuları əhatə edir.

Palatada hesab edirlər ki, bunlar həcm etibarı ilə vergi gəlirlərinin əsas hissəsini əhatə edir və həmin növlər üzrə daxilolmaların səviyyəsi həmişə Palatanın rəy və məlumatlarında diqqət mərkəzindədir.

Digər tərəfdən,"iri vergi ödəyiciləri" kateqoriyasına aydınlıq gətirilməsi də vacib hesab edilib.Çünki son iki-üç ildə belə təsərrüfat subyektlərində aparılmış nəzarət tədbirləri zamanı çoxsaylı problemlərin mövcud olması müəyyən edilmişdir. Burada, həm də, Rusiya Federasiyası Hesablama Palatası ilə birgə tədbirlər çərçivəsində qarşılıqlı ticarətdə gömrük nəzarətinin təşkilinin araşdırılması da nəzərdə tutulur.

Gəlirlər üzrə nəzərdə tutulan nəzarət mövzularından biri də, sosial ayırmaların ödənilməsi üzrə qanunvericiliyə düzgün riayət olunmasının araşdırılmasıdır. Bu, həm də büdcə vəsaitlərinin bank hərəkəti haqqında məlumatların əldə olunmasına xidmət edəcək bir mövzudur.

Gəlirlərlə bağlı İş Planında yer almış digər mühüm nəzarət mövzuları gəlirlərin toplanması ilə məşğul olan Dövlət idarəetmə orqanlarında da

xili nəzarətin təşkilinin və büdcə gəlirlərinin makroiqtisadi şəraitə adekvatlığının qiymətləndirilməsidir. Bu tədbirlər həm də növbəti ilin büdcə layihəsinə rəy vermək üçün məlumat toplamaq məqsədinə xidmət edəcək.

Bütövlükdə Dövlət büdcəsinin gəlirləri üzrə 13 analitik iş və 7 audit formasında nəzarət tədbiri həyata keçiriləcək. Audit tədbirlərinin "Aztelekom" İB, Keşlə yükdaşıma stansiyası, Yalama gömrük idarəsi, Bakı şəhəri notariat kantorları və s. təşkilatlarda aparılması nəzərdə tutulur.

Bundan başqa Dövlət zəmanəti ilə alınmış kreditlərin istifadəsi vəziyyətini qiymətləndirmək üçün 2005-ci ildə görülmüş işlərin davamı kimi bir sıra nəzarət tədbirləri nəzərdə tutulur, o cümlədən, meliorasiya xərcləri, ərazilərin bərpası üzrə xərclər və s. analitik araşdırmalar və audit tədbirləri aparılacaq. İş Planında Sumqayıt şəhəri üzrə kompleks nəzarət tədbirinin aparılması planlaşdirılır. Yerli təhsil, mədəniyyət, mənzil-kommunal, səhiyyə, sosial - müdafiə və təminat xərcləri, həmçinin DSMF auditi çərçivəsində Sumqayıt şəhər DSMF yerli şöbəsinin auditi, həmçinin müdafiə və hüquq-mühafizə orqanları üzrə bir neçə analitik nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulur.

Hesablama Palatasının İş Planında büdcə kəsirinin bağlanması mexanizmi və 2005-ci ildə onun icra vəziyyətinin qiymətləndirilməsi, 2005-ci il Dövlət büdcəsi haqda Qanun və ona edilmiş düzəlişlərin tətbiqi haqqında Prezident fərmanlarının müvafiq icra vəziyyətinin də analitik təhlili, Dövlət büdcəsinin xərcləri üzrə Elmlər Akademiyasının və Kənd Təsərrüfatı Nazirliyinin institutlarında, Dövlət Dəmir yoluna ayrılmış səhiyyə xərcləri, Balıqçılıq və ovçuluq xərcləri, Ərazilərin bərpası Agentliyi, Respublika rayonlararası yolların tikintisi, Meliorasiya xərcləri və s. üzrə cəmi 26 analitik təhlil və 19 audit formasında nəzarət tədbiri aparılması nəzərdə tutulur.

Bundan əlavə ilk dəfə olaraq Naxçıvan MR Dövlət büdcəsinin auditinin aparılması palatanın iş planında öz əksinin tapıb.Bu, hələlik nisbətən dar çərçivədə aparılacaq və idarəetmə, təhsil, səhiyyə və mədəniyyət xərclərini əhatə edəcək.

DSMF auditi üzrə bu il dörd mövzu üzrə audit və iki mövzu üzrə analitik iş aparılması nəzərdə tutulur. Ümumiyyətlə, hesab olunur ki, DSMF auditi mexanizmi haqda müvafiq model və ya yanaşma qəbul olunmalıdır. Çünki qanuna əsasən bu qurumda hər il audit aparılmalıdır. Eyni mülahizələr Neft Fonduna da aiddir.

Bu il Fondda iki audit və bir analitik iş aparılması nəzərdə tutulur. Neft Fondunun fəaliyyət dairəsi genişləndiyindən müvafiq nəzarət tədbirləri həmin hal nəzərə alınmaqla qurulmalıdır.

Beləliklə, bütövlükdə, İş Planında il ərzində 86 nəzarət tədbiri, o cümlədən, audit vasitəsi ilə 39 nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qanunvericiliyə əsasən nəzarət tədbirlərinin obyektləri və Proqramı Palatada daim aparılan ekspert-analitik təhlillərin nəticələrinə əsasən müəyyənləşdirilir və dəqiqləşdirilir, müvafiq nəzarət tədbiri haqqında qərar qəbul edildikdən və nəzarət tədbirinin Proqramı təsdiq edildikdən sonra nəzarət obyektinin rəhbərliyinə bu barədə 15 gün əvvəlcədən məlumat göndərilir.

Xəbər lenti

Xəbər lenti