...

Auditorlar palatası auditor fəaliyyəti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə işləri başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2006 12:41 (UTC +04:00)

Azərbaycanın Auditorlar palatası auditor fəaliyyəti sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə işləri başa çatdırıb. Palatadan Trend ə verilən məlumata görə, bu işlər Dünya bankının ayırdığı qrant hesabına həyata keçirildiyindən hazırlanmış layihələr bankın mütəxəssisləri ilə razılaşdırılacaq və yalnız bundan sonra baxılmaq üçün müvafiq dövlət orqanlarına təqdim olunacaq.

"Apreldə bu işlərlə əlaqədar DB mütəxəssislərinin səfəri planlaşdırılır", - deyə Palatadan vurğulayıblar.

Auditor fəaliyyəti sahəsində qanunvericiliyə əlavə və dəyişikliklərə, xüsusilə "Auditor xidmətləri haqqında" və "Daxili audit haqqında" qanunlara gəlincə, Palatadan bildirilib ki, layihədə, məsələn, təsərrüfat subyektlərinin audit şərtləri, auditdən yayınma faktları ilə bağlı cərimənin dərəcəsi, auditor sahəsinin icbari sığortasına dair maddələr və s. öz əksini tapıb.

DB-nin mühasibat və audit sisteminin inkişafına ayırdığı qrantın həcmi $340 min təşkil edir.

Xəbər lenti

Xəbər lenti