...

Ziya Məmmədov: Bakı limanının bərə terminalında yenidənqurma işlərinin birinci mərhələsinin yaxın vaxtlarda başa çatacağı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2006 17:30 (UTC +04:00)

Yaxın vaxtlarda Bakı beynəlxalq dəniz ticarət limanı bərə terminalında yenidənqurma işlərinin birinci mərhələsini başa çatdırmaq niyyətindədir. Trend in məlumatına görə, bu barədə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Hazırda "Azərkörpü" liman infrastrukturunun yenidən qurulmasının birinci mərhələsini başa çatdırır. Şirkət bərədən yüklənmə və boşaldılma üçün vaqonların satıldığı körpüdə yenidənqurma işləri aparır. Bu məqsədlə Bakı limanı $3'21 mln. ayırıb. Bu vəsait Bakı limanı tərəfindən təqdim olunub.

Birinci mərhələ başa çatdıqdan sonra yenidənqurmanın ikinci mərhələsinə başlanılması planlaşdırılır və bu, vaqonların yüklənmə-boşaldılması üçün ikinci körpünün inşasını əhatə edir.

Bərə terminalının yenidən qurulması TRACECA nəqliyyat dəhlizi çərçivəsində yük daşınmasının artırılması ilə bağlı olaraq vacibdir.Yenidənqurma bərənin gücünü ildə 8 mln. tonadək artırmalıdır.

Gələcəkdə (yenidənqurmanın ikinci mərhələsi başa çatdıqdan sonra) həmçinin bərə terminalının bərpa edilməsi və sahildə inşa aparılması nəzərdə tutulur. Bunun üçün təxminən $2 mln.lazımdır. Amma bu layihənin gerçəkləşdirilməsi limanın maliyyə imkanlarından asılı olacaq.

Xəbər lenti

Xəbər lenti