...

Azərbaycanda PUM holland proqramının reallaşdırılması genişləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2006 15:36 (UTC +04:00)

Hollandiyanın PUM (Hollandiyadan təcrübəli menecerlər) proqramının reallaşdırılmasının monitorinqinin keçirilməsi üçün bu gün proqramın Cənubi Qafqaz regionu üzrə rəhbəri Piter Van Gelderin Bakıya səfəri başlayıb. Bu barədə Trend Azərbaycan Sahibkarlarının (İşəgötürənlərin) Milli Konfederasiyasının press-relizinə istinadən məlumat yayıb. Qonağın səfərindəki vəzifələrdən biri də missiyanın nəticələrini müzakirə etmək, proqram çərçivəsində gələcək fəaliyyətin istiqamətlərini müəyyən etmək, öz ekspertlərini təklif etmək üçün müraciət edən yeni şirkətlərlə görüşlər keçirmək, PUM-la Əməkdaşlıq Konfederasiyasının imkanlarını genişləndirmək məsələləri və s. daxildir.

Proqramın rəhbəri respublikada martın 11-nə kimi olacaq. Martın 9 -da isə onun Konfederasiya ilə görüşü planlaşdırılıb. Görüşdə həmçinin, PUM -un xətti ilə ekspertlər dəvət etmək istəyən yerli iş adamları, eləcə də artıq onları dəvət etmiş şəxslər iştirak edəcəklər. Bu günə kimi proqram çərçivəsində yerli biznesmenlərə konsultasiya xidməlrəi göstərmək üçün 70-dək ekspert dəvət olunub.

PUM proqramı yüksək ixtisaslı mütəxəssislərini Şərqi və Mərkəzi Avropa, Latın Amerikası, Asiya və Afrikaya havayı olaraq ezamiyyətə göndərir.

Xəbər lenti

Xəbər lenti