...

Əli Məsimov: Azərbaycan yerli istehsalı artırmaqla ərzaq təhlükəsizliyini həll edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2006 19:43 (UTC +04:00)

Ərzaq təhlükəsizliyinin təmin edilməsinin müasir parametrlərinə cavab verən tədbirlərin sistemli halda həyata keçirilməsinə böyük ehtiyac var. Bu barədə Trend ə parlamentin iqtisadi siyasət daimi komissyasının üzvü Əli Məsimov bildirib.

Millət vəkili "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanuna bir sıra əlavə və dəyişikliklərin də edilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, ölkədə ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı təxirəsalınmaz işlər görülməsə, gələcəkdə cəmiyyəti ciddi fəsadlar gözləyə bilər. Azərbaycanda bu istiqamətdə lazımınca tədbir görülmədiyini önə çəkən millət vəkili qeyd edib ki, ölkə bir növ keyfiyyətsiz məhsulların satışı poliqonuna çevrilib: "Azərbaycan həm də yerli istehsalı artırmaqla ərzaq təhlükəsizliyi problemini həll edə bilər. Çünki bizim dövlətdə ekoloji cəhətdən təmiz məhsul istehsalı digər dövlətlərə nisbətən daha əlverişlidir".

Xüsusi mexanizmlərin hazırlanması və daha sərt sanksiyaların tətbiq edilməsinin zəruriliyini vurğulayan millət vəkili keyfiyyətsiz məhsul istehsal edənlərə simvolik olaraq maliyyə sanksiyalarının tətbiq edilməsinin də heç bir nəticə vermədiyini bildirib. O. qeyd edib ki, məlum problemi aradan qaldırmaqdan ötrü dövlət hakimiyyətinin üç qolu, KİV və ictimaiyyətin səylərini birləşdirmək lazımdır.

Xəbər lenti

Xəbər lenti