...

Kərəm Həsənov: Azərcell-in nizamnamə kapitalında Azərbaycanın dövlət payının qiymətləndirilməsi üzrə məsləhətləşmələr başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2006 20:05 (UTC +04:00)

Azərbaycan hökumətində Azərcell Birgə Müəssisəsinin nizamnamə kapitalında dövlət payının qiymətləndirilməsinə dair məsləhətləşmələr yekun mərhələdədir. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Dövlət əmlakının idarə olunması üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov məlumat verib. Onun sözlərinə görə, dövlət payının inventarlaşdırılmasından sonra o, yenidən qiymələndiriləcək.

Azərcell-in nizamnamə kapitalında dövlət payının özəlləşdirilməsində ölkə hökumətinə məsləhət xidmətlərinin göstərilməsi üzrə müqavilə CA IB Corporate Finance Beratungs Ges.m.b.H və OMNI konsorsiumu arasında imzalanıb. Özəlləşdirmə prezidentin 2001-ci il 29 mart tarixli "Rabitə Nazirliyi müəssisələrinin və obyektlərinin özəlləşdirilməsi" adlı fərmanına müvafiq olaraq aparılıb.

BM-nin özəlləşdirilməsi şərtlərinə görə, ilk növbədə dövlət payı Hollandiyanın "Fintur Holdinq" şirkətinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti