...

Əvəz Ələkbərov: "Əmanətlərin indeksləşdirilməsi haqqında" qanun layihəsi prezident aparatına təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Mart 2006 15:45 (UTC +04:00)

"Əmanətlərin indeksləşdirilməsi haqqında" qanun layihəsi baxılmaq üçün artıq prezident aparatına təqdim olunub və bu günlərdə Milli Məclisə veriləcək. Trend in ATV telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə jurnalistlərə maliyyə naziri Əvəz Ələkbərov məlumat verib. Onun sözlərinə görə, ilk növbədə yaşlı nəslin nümayəndələri və dövlət qarşısında xidmətləri olan şəxslər öz əmanətlərini alacaq.

Lakin mübahisəli tərəflərin qalması ilə əlaqədar Kapitalbankda xüsusi komissiya əmanətlərin mövcudluğunu təsdiqləyən sənədləri itirlmiş şəxsləri müəyyən edəcək. Keçmiş SSSR-nin Əmanət bankında yanvarın 1-dək həyata keçirilmiş əmanətlərin indeksləşdirilməsi prosesi 2 mln nəfəri əhatə edəcək və bunun üçün ilkin olaraq 600 mln manat nəzərdə tutulub. Əmanətlərin ümumi məbləği isə 4,8 mlrd sovet rubludur.

Bəzi ölkələrdə əmanətlərin indeksləşdirilməsi 20 il ərzində həyata keçirilirsə, Azərbaycan hökuməti 8 il ərzində buna nail olmaq niyyətindədir. Nazir qeyd edib ki, Azərbaycanda indeksləşdirmə üsulu da digər ölkələrdəki mövcud metodlardan fərqlənəcək. İndeksləşdirmə 2 min rubladək aparılacaq. Məbləğ artdıqca nisbətin həcmi azalacaq. Ə. Ələkbərov hesab edir ki, digər ölkələrlə müqayisədə Azərbaycanda bu, ən yaxşı variantdır.

MDB ölkələrindən yalnız Qazaxıstanda, Qırğızıstanda və Belarusda indeksləşdirmə başa çatıb. Hazırda bu proses Rusiya, Ukrayna və Moldovada müxtəlif qaydada gedir. Belə ki, Rusiyada 1 sovet rublu $0,0033, Qazaxıstanda - $0,006 (və ya 150 rubl 1 dollar), Ukraynada -$0,009, Belarusda - $0,33, Moldovada - $0,20, Qırğızıstanda isə $0,024 təşkil edir.

Xəbər lenti

Xəbər lenti