...

"Xalq" bankının ilk regional filialı Zaqatalada açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Mart 2006 19:17 (UTC +04:00)

"Xalq" səhmdar kommersiya bankı ilk regional filialını Zaqatalada açacaq. Trend in bankın məlumatına istinadən yaydığı məlumata görə, sakinlərə və regionun müəssisələrinə tam kompleks şəklində bank xidmətləri və məhsullar təqdim edəcək: depozit əmanətlərinin və istehlakçı kreditlərinin müxtəlif növləri, eləcə də ipoteka kreditləri, hesablama-kassa xidmətləri, təcili köçürmələr və s.

Bank sənaye və kənd təsərrüfatı müəssisələri, kiçik və orta biznesin nümayəndələri və regionun əhalisi ilə əməkdaşlıq etmək niyyətindədir.

Filial şəbəkələrinin genişləndirilməsi təsdiqlənmiş inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. 2006-cı il ərzində "Xalq" bankı Bakının mərkəzində olduğu kimi, ən iri regional şəhərlərdə də bir neçə filialını açmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti