...

2006-cı ildə ünvanlı sosial yardımlar yalnız yarım il üçün veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2006 16:15 (UTC +04:00)

Aprelin 15-dən Əmək və Əçhalinin sosial müdafiəsi Nazirliyi ynvanlı sosial yardım almağa hüququ çatan Bakı əhalisindən, mayın 1-dən isə digər regionlarda yaşayan əhalidən ərizələrin toplanmasına başlayacaq. Əmək Nazirliyindən Trend ə verilən məlumata görə, əhalinin aztəminatlı ailələrinə ünvanlı yardımların verilməsinə iyulun 1-dən başlanacaq. Lakin əvvəllər bu prosesə aprelin 1-dən başlanacağı ehtimal edilirdi.

Bununla əlaqədar ünvanlı yardım yalnız ilin ikinci yarısı verilə bilər. Ödənişlərin ilin birinci yarısı verilməsinin qeyri-mümkün olması gəlirlər barədə informasiyaların 6 ay ərzində daxil olması ilə izah edilir. Lakin indiyə kimi hazırlıq işlərinin başa çatmaması ilə əlaqədar Əmək Nazirliyi əhalinin güzəştli kateqoriyasından sənədlərin toplanması prosesinə başlaya bilməyib.

Sosial yardım almaq üçün 17 strukturdan sənəd toplamaq tələb olunur. Pensiyaçılara isə yaşayış yerindən arayış, pensiya vəsaitinin məbləği və şəxsiyyət vəsiqəsinin təqdim olunması kifayətdir.

Normativ-hüquqi bazanın hazırlanmasının fevralın əvvəllərində başa çatmasına baxmayaraq, bir sıra texniki səbəblər də mövcuddur və həmin səbəblər üzündən təyin edilmiş müddətdə ünvanlı yardımların verilməsinə başlamaq qeyri-mümkündür. Hazırda kadrların seçimi, sosial təhlükəsizlik şöbələrində təmir işləri, vahid informasiya şəbəkəsinin yaradılması prosesi davam edir. Proqram təminatının və kompyuter avadanlıqlarının alınması üzrə tender prosesi hələ davam edir. O, Dünya Bankının "Pensiya və sosial təminat üzrə islahatların aparılması üzrə" layihəsi çərçivəsində vəsait hesabına həyata keçirilir.

2006-cı ildə dövlət büdcəsindən ünvanlı sosial yardım verilməsi üçün 72 mln. manat ayrılıb. Yardımın yarım il ərzində verilməsi üzündən büdcə vəsaitinə qənaət olunacaq.

Xəbər lenti

Xəbər lenti