...

Tağı Əhmədov: Bakı metropoliteninin dotasiyaları artırıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2006 12:52 (UTC +04:00)

Bakı metropoliteninin dotasiyaları 2006-cı ilin büdcə proqnozuna yenidən baxılması nəticəsində artırıla bilər. Trend in xəbər verdiyi kimi, bu barədə martın 24-də Bakı metropoliteninin rəhbəri Tağı Əhmədov məlumat verib.

Onun sözlərinə görə, elektrik enerjisi xərclərini ödəmək üçün dövlət büdcəsindən 7 mlrd 200 mln manat məbləğində ayrılmış vəsaitə 7 mlrd manatın da əlavə olunması nəzərdə tutulur.

Elektrik enerjisi xərcləri vaqonların (68%), eskalator və digər qurğuların (15-17%) hərəkət müddətindən asılıdır. Metropolitendə 30 cüt qatarın işləmək imkanı olsa da, hazırda elektrik enerjisinə qənaət məqsədilə 24-26 cüt qatar işləyir. Bakı metropoliteninin rəhbəri qeyd edib ki, 2005-ci ildə dövlət strukturunun reklamdan əldə etdiyi gəlir 500 mln manat, icarədən - 2 mlrd 500 mln manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti