Fizuli rayonunun Böyük Bəhmənli kəndində "quş qripi" virusunun aşkar edilməsi ilə əlaqədar tətbiq olunmuş karantin ləğv edilib. Trend in xəbər verdiyi kmi, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin martın 27-də yayılmış press-relizində deyilir.
Məlumatda o da qeyd olunur ki, Ağdam rayonunun Bənövşələr kəndində tətbiq olunmuş karantin hələ də qüvvədədir və burada Səhiyyə Nazirliyi və Baytarlıq Xidmətinin mütəxəssisləri ilə birgə baytarlıq-sanitar işləri həyata keçirilir.
Karantin, həmçinin, Giləzi və Biləsuvar rayonları ərazisində də ləğv edilib.